Trampdan Cənubi Koreyaya çağırış: "Missiyaya qoşulmağın vaxtıdır"

Dünya

04.05.2026 21:45

İran Cənubi Koreyanın yük gəmisi də daxil olmaqla, "Layihə Azadlığı" Əməliyyatı çərçivəsində gəmilərin hərəkəti ilə bağlı bəzi ölkələrə qarşı tədbirlər həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz şəxsi sosial şəbəkəsində məlumat verib.

"Bəlkə də Cənubi Koreyanın missiyaya qoşulmasının vaxtıdır. Biz yeddi kiçik qayığı, yaxud da onların dediyi kimi, "sürətli" qayığı vurduq. Onlardan qalan tək şey bu idi. Cənubi Koreya gəmisi istisna olmaqla, boğazdan keçərkən hələlik heç bir zərər qeydə alınmayıb", - deyə Amerika lideri bildirib.

Prezident əlavə edib ki, ABŞ Müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mayın 6-sı mətbuat konfransı keçirəcəklər.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,ABŞ,İran,Cənubi Koreya,TodayPress TV,