Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Tramp: Bu gün İranla müharibəyə son qoyduq
12.06.2026 09:34 Dünya

ABŞ bu gün İranla müharibəyə son qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Corciya qubernatorluğuna namizəd Bart Cons üçün keçirilən telemitinqdə deyib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri böyük bir razılaşma əldə ediblər:

"Eşidib-eşitmədiyinizi bilmirəm, amma bu gün İranla müharibəyə son qoyduq və onlar heç vaxt nüvə silahına sahib olmamaq barədə razılığa gəliblər. Biz İranla müharibənin həlli istiqamətində böyük razılaşma əldə etdik və sənədlər yekunlaşmaq üzrədir".

O, prosesin yaxın bir neçə gün ərzində tamamlanacağını bildirib.

“Böyük ehtimal ki, saziş Avropada imzalanacaq və bu, əla hadisədir. Ən əsası, İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair bir razılaşmamız var. Biz onu tezliklə imzalayacağıq və sənədlər artıq son mərhələdədir”,- deyə Tramp əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər