Tehran və Vaşinqton arasında buzlar əriyir: Üç məsələ həllini tapmaq üzrədir
ABŞ və İran arasında üç əsas məsələ üzrə fikir ayrılıqları minimuma enib və tərəflər razılığa yaxınlaşıb.
TodayPress TV xəbər verir ki, bununla bağlı Axios-un jurnalisti Barak Ravidin məlumat verib.
Məlumata görə, müzakirələrin əsas mövzularından biri İranın dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması mexanizmidir. Bildirilir ki, bu məsələ Tehran üçün ən prinsipial və mühüm şərt hesab olunur.
Tərəflər arasında müzakirə olunan digər məsələlər isə 60 günlük atəşkəs dövründə Hürmüz boğazında gəmiçiliyin bərpası və təhlükəsizlik qaydaları, eləcə də həmin müddətdə İranın nüvə proqramı ilə bağlı danışıqların aparılma formatıdır.