Tayvan "F-16"larla döyüş hazırlığını nümayiş etdirdi

Tayvan "F-16"larla döyüş hazırlığını nümayiş etdirdi
28.01.2026 11:36 Dünya

Tayvan Hərbi Hava Qüvvələri döyüş hazırlığı təlimi çərçivəsində ən müasir "F-16" qırıcılarının sürətlə silahlandırılıb yenidən havaya qaldırılması imkanlarını nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, təlimlər Çin hərbi təyyarələrinin ada ətrafında hər gün həyata keçirdiyi uçuşlar fonunda keçirilib.

Taypey bu manevrləri Pekinin Tayvan qüvvələrini yormaq, imkanlarını sınaqdan keçirmək və siyasi təzyiq göstərmək məqsədi daşıyan davamlı təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər