Starmer Trampı qəzəbləndirmək istəmir

Starmer Trampı qəzəbləndirmək istəmir
27.01.2026 17:28 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer 2018-ci ildən sonra Çinə ilk səfərinin ABŞ-yə qarşı addım kimi qəbul edilməsini istəmir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Starmer kanadalı həmkarı Mark Karnidən fərqli olaraq, Pekinə səfərinin ABŞ-dən və ABŞ Prezidenti Donald Trampdan uzaqlaşma cəhdi kimi dəyərləndirilməsinə qarşıdır.

Mənbələrin sözlərinə görə, Britaniya Baş naziri eyni vaxtda Vaşinqton, Brüssel və Pekinlə münasibətləri balansda saxlamağa çalışır. Nəşr bunu Starmerin “eyni anda üç atı idarə etmək” cəhdi kimi xarakterizə edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər