SEPAH Hörmüz ilə bağlı yeni xəritə yayımladı - FOTOLAR
SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında yeni müəyyən edilmiş zona ilə bağlı xəritə yayımlayıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, bu zona İranın Kuh Mobarak bölgəsindən başlayaraq BƏƏ-nin Fuceyra (Fujairah) sahillərinin cənubuna qədər uzanır.
Bildirilir ki, təqdim olunan xəritə Tehran tərəfindən boğaz üzərində nəzarət iddialarının sərhədlərini göstərir və bu addım regionda gəmiçilik və təhlükəsizlik baxımından diqqət çəkən inkişaf kimi qiymətləndirilir.