SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirdi

SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirdi
21.03.2026 21:50 Dünya

İran ordusu "Əl-Minhad" (Birləşmiş Ərəb Əmirlikləri) və "Ali əs-Salem" aviabazalarına (Küveyt) raket zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Fars" agentliyi məlumat yayıb.

Bildirilib ki, SEPAH sadalanan hərbi hava bazalarına hücumu ballistik raket və pilotsuz uçuş aparatları ilə həyata keçirib.

"İran adalarına hücumlar bu bazalardan reallaşdırlırdı", - məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər