Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı"

Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı"
16.06.2026 14:29 Dünya

Almaniya NATO ərazisinə mümkün Rusiya hücumu halında dərhal hərbi əməliyyatlara başlamağa hazır olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general Holger Noyman "The Telegraph" nəşrinə müsahibəsində danışıb.

Generalın sözlərinə görə, Rusiya ilə birbaşa hərbi qarşıdurma yaranacağı təqdirdə mümkün hədəflər sırasında Kalininqrad, Kola yarımadası, Sankt-Peterburq və Qara dəniz bölgəsindəki müəyyən ərazilər yer ala bilər.

Noyman vurğulayıb ki, NATO üzvlərindən birinə ediləcək hücum bütün alyansa qarşı hücum kimi qiymətləndiriləcək və cavab kollektiv şəkildə veriləcək.

O, həmçinin Rusiyanın müasir döyüş təyyarələri və digər silah sistemlərinə malik olduğunu qeyd edərək, bu ölkənin hərbi potensialının kiçildilməsinin yanlış olacağını bildirib.

Məlumatda qeyd olunur ki, generalın açıqlamaları Rusiyada kəskin reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova onu sərt şəkildə tənqid edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər