Rusiyada bağlı hava limanlarına daha 10,7 milyard rubl ayrılıb
Rusiya hökuməti ölkənin mərkəzi və cənub bölgələrində mülki uçuşlara bağlanmış hava limanlarına dəstək üçün əlavə 10,7 milyard rubl ayırıb.
TodayPress TV xəbər verir ki, vəsait hökumətin ehtiyat fondundan ayrılıb. Bu vəsait hesabına hava limanlarının 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər olan dövrdə cari fəaliyyət xərclərinin, eləcə də kredit və borclar üzrə faiz ödənişlərinin bir hissəsi kompensasiya ediləcək.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rostov-na-Donu, Krasnodar, Anapa, Gelencik, Elista, Belqorod, Bryansk, Kursk, Voronej, Simferopol və Lipetsk şəhərlərindəki hava limanları mülki uçuşlar üçün bağlanmışdı.
Sonradan Elista hava limanı 2024-cü ilin mayında, Gelencik 2025-ci ilin iyulunda, Krasnodar hava limanı isə həmin ilin sentyabrında fəaliyyətini bərpa edib.
Gültac Mehdizadə