Tramp süni intellekt liderlərini Ağ Evə toplayır

Tramp süni intellekt liderlərini Ağ Evə toplayır
08.10.2026 00:46 Dünya

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə süni intellekt üzrə sammitdə iştirak edəcək.

TodayPress TV xəbər verir ki, sammitdə “superintellekt”dən elmi kəşflərin sürətləndirilməsi və ABŞ-nin bu sahədə liderliyinin gücləndirilməsi məqsədilə istifadə məsələləri müzakirə olunacaq.

Tədbir çərçivəsində ABŞ administrasiyasının “Genesis Mission” təşəbbüsü çərçivəsində texnologiya sektorunun 1 milyard dollardan çox öhdəlik götürdüyünü açıqlaması gözlənilir. Təşəbbüsə AMD, “OpenAI” və “Anthropic” kimi şirkətlər də daxildir.

Bundan əlavə, ABŞ-nin cənub-şərqində yerləşən 10 ştatda 14 qurumu birləşdirəcək yeni hesablama mərkəzinin yaradılması elan ediləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər