Rusiya XİN-də 3 ölkənin səfirləri ilə görüş keçirildi

Rusiya XİN-də 3 ölkənin səfirləri ilə görüş keçirildi
11.06.2026 15:05 Dünya

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin Böyük Britaniya, Fransa və Almaniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfirləri N.Keysi, N.Rivyer və A.Lambsdorffu onların xahişi ilə qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə diplomatik nümayəndəliklərin rəhbərlərinə Ukrayna böhranı ilə bağlı ölkələrinin rəhbərliyinin dağıdıcı siyasətinin obyektiv qiymətləndirilməsi təqdim edilib.

Qeyd olunub ki, səfirlərə Rusiya tərəfinin Ukrayna münaqişəsinin köklü səbəblərini aradan qaldırmaqla ona siyasi və diplomatik həll yolu tapmaq üçün prinsipial yanaşmaları izah edilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər