Rusiya neftinin qiyməti rekord həddə çatdı

Rusiya neftinin qiyməti rekord həddə çatdı
16.03.2026 21:00 Dünya

ABŞ-nin dənizdəki Rusiya neft tankerlərinin hərəkətinə icazə verməsi ilə Rusiyanın Hindistana göndərdiyi “Urals” markalı neftin qiyməti rekord səviyyəyə çatıb. 

TodayPress TV xəbər verir ki bu barədə “Bloomberg” “Argus” beynəlxalq qiymət agentliyinə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, martın 13-də Hindistanda “Urals” xam neftinin qiyməti 98,93 dollara çatıb ki, bu da 2022-ci ildə Ukraynada münaqişənin başlamasından bəri ən yüksək göstəricidir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər