Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi
Ukraynalı jurnalist İllia Ponomarenko Rusiyanın xarici siyasəti ilə bağlı diqqətçəkən paylaşım edib.
TodayPress TV xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Rusiyanın növbəti xarici siyasət məğlubiyyəti ilə üzləşdiyini iddia edib.
Onun fikrincə, Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə yaxınlaşmaq istiqamətində addım atıb.
Ponomarenko, həmçinin bildirib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Rusiya imperiyasının son çöküşünə aparan prosesin başlanğıcı olub.
Paylaşım müəllifi Kremlin regionda yol verdiyi səhvlərin Moskvanın mövqelərini daha da zəiflədəcəyini qeyd edib.
Jurnalist Ukraynanın bu prosesdə mühüm rol oynayacağını da vurğulayıb.
Qiymət Mahir