"Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı

"Qiyamət günü" radiostansiyası beş ildən sonra ilk dəfə sirli şifrələnmiş mesajı təkrarladı
12.06.2026 05:00 Dünya

"Qiyamət günü" radiostansiyası kimi tanınan "UVB-76" yenidən sirli mesaj yayımlayıb.

TodayPress TV-nin xəbərinə görə, bu barədə radiostansiyanın yayımlarını izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.

Şifrəli mesaj Bakı vaxtı ilə saat 11:56-da efirə verilib. Mesajda "şarfotol" sözü səsləndirilib.

Qeyd edək ki, bu, "UVB-76"nın həmin məzmunlu ilk yayımı deyil. "Şarfotol" sözü ilk dəfə təxminən beş il əvvəl - 2021-ci il avqustun 18-də radiostansiyanın efirində səsləndirilib.

Sirli yayımları ilə tanınan "UVB-76" radiostansiyasının ötürdüyü mesajların mənası indiyədək rəsmi şəkildə açıqlanmayıb və bu səbəbdən onlar müxtəlif fərziyyələrin mövzusu olaraq qalır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər