Qəzzada rəsmi olaraq aclıq elan edildi

Qəzzada rəsmi olaraq aclıq elan edildi
22.08.2025 13:49 Dünya

Qəzzada ilk dəfə rəsmi olaraq aclıq vəziyyəti elan olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ərzaq Təhlükəsizliyinin İnteqrasiyalı Qiymətləndirilməsi Sistemi (IPC) birgə bəyanat yayıb.  

IPC-nin hesabatına görə, Qəzzanın bəzi ərazilərində vəziyyət kritik həddə çatıb. Əhalinin təxminən dörddə biri kəskin ərzaq çatışmazlığı və açlıq təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, IPC beynəlxalq miqyasda qida təhlükəsizliyi sahəsində aparıcı nəzarət və qiymətləndirmə qurumlarından biridir və aclıq elanları yalnız ciddi humanitar böhran vəziyyətlərində verilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər