Qardaş ölkə rəhbərləri Paşinyanı təbrik etdilər
Türkiyə və Pakistan liderləri Ermənistan Baş naziri Nikol Paşinyanı “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi barədə Ermənistan liderinin strateji baxışının uğurla həyata keçiriləcəyinə tam əminliyini ifadə edib.
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Nikol Paşinyana təbrik məktubunda ölkəsinin Azərbaycanla Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Pakistan lideri qeyd edib ki, Paşinyanın partiyasının qələbəsi Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın təşviqinə kömək edəcək.