Qar uçqunu 5 nəfərin ölümü ilə nəticələndi
İtaliyanın şimalındakı Alp dağlarında baş verən qar uçqunu nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Alto Adige bölgəsinin Ortles ərazisində qeydə alınıb. Qar uçqunu nəticəsində ərazidə olan almaniyalı xizəkçilər qrupu hadisədən zərər çəkib. İlkin məlumata əsasən, 3 nəfərin hadisə yerində həlak olduğu bildirilib. Aparılan axtarış-xilasetmə işləri nəticəsində daha 2 nəfərin meyiti tapılıb.
Aysel Mətləb