Putin və BƏƏ Prezidenti Moskvada danışıqlar aparacaq
Rusiya Prezidenti Vladimir Putin yanvarın 29-da Rusiya Federasiyasında rəsmi səfərdə olacaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, Yaxın Şərqdəki mövcud vəziyyət, eləcə də beynəlxalq gündəmdə olan digər aktual məsələlər müzakirə ediləcək.
Qiymət Mahir