Putin-Tramp görüşünə hazırlıq dayandırıldı

Putin-Tramp görüşünə hazırlıq dayandırıldı
21.10.2025 20:30 Dünya
ABŞ və Rusiya rəhbərləri arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşə hazırlıq prosesi dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında baş tutan ilk telefon danışığı müsbət və məhsuldar keçib. Lakin ABŞ Prezidenti Donald Tramp hesab edir ki, tərəflər danışıqların irəliləməsi üçün hələ kifayət qədər hazır deyil.

Aynur TAC

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər