Polşa Trampın NATO açıqlamasına reaksiya verdi

Polşa Trampın NATO açıqlamasına reaksiya verdi
01.04.2026 21:30 Dünya

"ABŞ olmadan NATO olmaz, lakin müttəfiqlər olmadan da güclü bir ABŞ mümkün deyil".

TodayPress TV xəbər verir ki, bunu Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaq barədə açıqlamalarını şərh edərkən bildirib.

O, Trampın bəyanatları fonunda soyuqqanlılığı qorumağın vacibliyini qeyd edərək, ABŞ və müttəfiqləri arasındakı qarşılıqlı asılılığı vurğulayıb. Nazir, həmçinin Polşanın NATO-nun şərq cinahında təhlükəsizlik arxitekturasının qurulmasında əsas rol oynadığını diqqətə çatdırıb.

Xatırladaq ki, Britaniyanın "The Telegraph" qəzetinə müsahibə verən Tramp, ABŞ-nin NATO-dan çıxmaq ehtimalını "sadəcə müzakirədən daha ciddi" məsələ kimi xarakterizə edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər