Paşinyan Simonyan barədə danışdı: “Buna hazır deyildim”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin sədri Alen Simonyanın sədrlikdən və deputat mandatından imtina edə biləcəyi ehtimalına hazır olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı mövqeyini hələ formalaşdırmadığını deyib.
“Alen Simonyanın Milli Assambleyanın sədri və deputat kimi fəaliyyətini dayandıracağına hazır deyildim. Bu məsələ ilə bağlı mövqeyimi hələ müəyyənləşdirməliyəm”, – deyə Baş nazir bildirib.
Kübra Musayeva