Paşinyan Moskvadan Nyu-Yorka yola düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Paşinyanın BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə getdiyi ehtimal olunur.
Paşinyan Nyu-Yorka getməzdən əvvəl Moskvada keçirilən Dünya Atom Həftəsi beynəlxalq forumunda iştirak edib. Sentyabrın 25-də axşam o, forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.
Türkan İsgəndərli