Paşinyan: "Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir"

Dünya

20.03.2026 20:20

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və bu o deməkdir ki, müharibənin qapısını qətiyyətlə bağlamışıq.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində canlı yayımda məlumat verib.

O, mövcud sülhdən imtina etməyin müharibəyə qapı açacağını vurğulayıb:

"Köçəryanın, Karapetyanın və Tsarukyanın rəhbərlik etdiyi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə yenidən baxmaq siyasəti yürütdüyü açıq şəkildə müəyyən edilib. İndi qeyd etdiyim qüvvələr həmin qapını açmağa çalışırlar və bu, şübhəsiz ki, Ermənistan Respublikasının təhlükəsizliyi üçün ölümcül təhdiddir.

Ən optimist proqnoza sadiq qalsaq belə, sülh müqaviləsinin yenidən nəzərdən keçirilməsi danışıqlar prosesi nəticəsində sonda razılaşdığımız bütün məzmunu dəyişdirmək üçün fürsət yaratmaq deməkdir. Nəzəri olaraq, bu məzmunun yaxşılaşa biləcəyi, eyni zamanda pisləşə biləcəyi düşünülür. Lakin bu məzmunun tamamilə çökməsi ehtimalı daha yüksəkdir".

TodayPress TV

tag: Paşinyan,Ermənistan,Azərbaycan,Sülh,TodayPress TV,