Pakistan kosmosa ilk hiperspektral peykini buraxdı

Pakistan kosmosa ilk hiperspektral peykini buraxdı
19.10.2025 10:10 Dünya

Pakistan Kosmos və Üst Atmosfer Tədqiqat Komissiyası ölkənin ilk hiperspektral peykini ("HS-1") uğurla orbitə buraxıb.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Kosmosa peyk buraxılışı Çinin Jiuquan mərkəzindən baş tutub. "HS-1", yüzlərlə dar spektral zolaqlarda məlumat əldə etməyə imkan verən qabaqcıl hiperspektral təsvir texnologiyası ilə təchiz edilib.

Bu imkan torpaqdan istifadə, bitki örtüyü, su ehtiyatları və şəhər inkişafının dəqiq monitorinqinə və təhlilinə imkan verəcək. Bundan əlavə, "HS-1" geotəhlükə risklərini müəyyən etməklə və dayanıqlı infrastrukturun inkişafını təşviq etməklə Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) daxil olduğu inkişaf təşəbbüslərinə töhfə verəcək.

Nazirlik həmçinin vurğulayıb ki, "HS-1"in uğurla buraxılması Pakistanın kosmik proqramında irəliyə doğru böyük addımdır və komissiyanın milli inkişaf üçün kosmik texnologiyadan istifadə etmək öhdəliyini bir daha təsdiqləyir.

TodayPress TV 

XƏBƏR LENTİ
04 IYUN 2026
Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Bütün Xəbərlər