Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər
Oman və İranın xarici işlər nazirləri Bədr əl-Busaidi və Abbas Əraqçi telefon danışığı zamanı Hörmüz boğazında təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsi məsələsində beynəlxalq hüquq normalarına sadiqliklərini təsdiqləyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Son regional İran-Amerika razılaşmaları işığında nazirlər öz ölkələrinin gəmilərinin Hörmüz boğazından təhlükəsiz və azad tranziti ilə bağlı beynəlxalq hüquq normalarına sadiqliyini bir daha təsdiqləyiblər", - deyə məlumatda qeyd edilib.
Aysel Mətləb