Ölənlərin sayı artır: Güclü zəlzələ şəhəri iflic etdi
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.
TodayPress TV xəbər verir ki, yerli KİV-in məlumatına görə, daha yüzlərlə insan xəsarət alıb.
Filippin Mülki Müdafiə Departamenti bildirib ki, zəlzələ nəticəsində 456 nəfər zərər çəkib, 4 nəfərin isə taleyi hələ də məlum deyil.
Yeraltı təkanlar nəticəsində Mindanao adasında məktəblər, xəstəxanalar və yaşayış evləri daxil olmaqla təxminən 1900 bina zərər görüb. Onlardan 1500-ə yaxını tamamilə dağılıb.
Zəlzələ həmçinin General Santos Beynəlxalq Hava Limanına ziyan vurub. Nəticədə bir sıra uçuşlar ləğv edilib. Hava limanından hazırda hərbi, dövlət və humanitar məqsədli reyslərin istifadəsinə icazə verilib.
Hadisədən sonra General Santos şəhərində fövqəladə vəziyyət elan olunub.
Filippindəki Rusiya Federasiyasının Filippindəki Səfirliyi isə açıqlamasında rusiyalı vətəndaşlar arasında itki barədə məlumatın olmadığını bildirib.
Güclü zəlzələ iyunun 8-də səhər saatlarında Mindanaonun cənub hissəsində qeydə alınıb.
Türkan İsgəndərli