Niderlandda avtomobil uşaqların üzərinə sürüldü: Ölənlər var

Niderlandda avtomobil uşaqların üzərinə sürüldü: Ölənlər var
12.06.2026 04:00 Dünya

Niderlandın Zelandiya əyalətində avtomobilin velosiped sürən məktəblilərdən ibarət qrupun üzərinə çıxması nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub.

TodayPress TV  bu barədə "Omroep Zeeland" telekanalına istinadən xəbər verir.

Hadisə yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 14:30 - red.) Terhole yaşayış məntəqəsi yaxınlığındakı avtomobil yolunda baş verib. Avtomobil məktəb ekskursiyasında iştirak edən uşaqların və onları müşayiət edən böyüklərin olduğu qrupa çırpılıb.

Nəticədə iki uşaq və bir böyük həyatını itirib. Daha dörd uşaq ağır vəziyyətdə Belçika və Niderlandın yaxınlığındakı xəstəxanalarına çatdırılıb.

Qəzanın başvermə səbəbləri hələlik açıqlanmayıb. Məktəblilərdən ibarət qrupun üzərinə avtomobil sürən şəxsin motivləri və onun istintaqdakı statusu da dəqiqləşdirilməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər