NATO təlimində ABŞ təyyarələri iştirak etməyəcək

Dünya

20.02.2026 23:05

Norveç ABŞ-nin ölkənin şimal hissəsində mart ayında planlaşdırılan genişmiqyaslı NATO təlimindən döyüş təyyarələrini geri çəkdiyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Norveç Silahlı Qüvvələrinin leytenant polkovniki Espen Solemdal milli mətbuata açıqlamasında məlumat verib. 

Bildirilib ki, ABŞ “F-35” təyyarələri Norveçdə keçiriləcək Arktika təhlükəsizliyi üzrə NATO təlimində iştirak etməyəcək. 

Solemdal bu qərarın 100-150 ABŞ əsgərinin Norveçə gəlməyəcəyi anlamına gəldiyini vurğulayıb. O, ABŞ təyyarələrinin olmamasının təlimin hava hissəsinə təsir edəcəyini qeyd edib.  

Norveç mediası xatırladıb ki, ABŞ İranla gərginlik səbəbindən döyüş təyyarələrini təlimdən geri çəkib. 

Qeyd edək ki, 2026-cı ilin mart ayında 14 NATO ölkəsinin iştirakı ilə keçirilməsi planlaşdırılan "Soyuq Cavab" təlimi Norveçdə indiyə qədər keçirilən ən böyük hərbi təlimlərdən biri olacaq. 

Aysel Mətləb

TodayPress TV

tag: NATO,ABŞ,Təlim,Norveç,Todaypress.tv,