NASA-nın nəhəng raketi buraxılış meydançasına çatdırıldı
“Artemis II” pilotlu Ay missiyası üçün “Orion” kosmik gəmisini daşıyan Kosmik Buraxılış Sistemi raketi Floridadakı buraxılış meydançasına çatdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə NASA-nın “X” sosial şəbəkəsində məlumat verilib.
Bildirilib ki, raket, NASA mütəxəssislərinin texniki problemləri həll etdiyi Kennedi Kosmik Mərkəzindəki yığma qurğusundan buraxılış meydançasına daşınıb.
Aysel Mətləb