Misir xarici işlər naziri Rusiyaya səfər edəcək
Misirin xarici işlər naziri Bədr Əbdül Ati Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Misir Xarici İşlər naziri Bədr Əbdül Ati ikitərəfli səfərlə Moskvaya yola düşüb. Səfəri zamanı o, Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparacaq, regional və qlobal arenadakı son inkişafları müzakirə edəcək", - deyə nazirlik açıqlayıb.
Misir Xarici İşlər Nazirliyi səfərin müddətini dəqiqləşdirməyib.
Aysel Mətləb