Meksika Prezidenti Kubaya humanitar yardım göndərəcək
Dünya
02.02.2026 09:37
Meksika Prezidenti Klaudiya Şeynbaum Kubaya ərzaq və digər məhsullar olmaqla humanitar yardım göndərməyi planlaşdırdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Şeynbaumun bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın Meksika liderindən Karib adasına neft daşınmasının dayandırılması tələbindən sonra səsləndirilib.
Şeynbaum Sonora ştatının şimalında keçirilən ictimai tədbirdə yanvarın 28-də Trampla baş tutan telefon danışığı zamanı Kuba məsələsinin müzakirə edilmədiyini bildirib. O əlavə edib ki, Meksika hökuməti humanitar səbəblərdən Kubaya neft daşınması ilə bağlı bütün məsələləri diplomatik yolla həll etməyə çalışır.
Xatırladaq ki, Ağ Ev lideri daha əvvəl jurnalistlərə açıqlamasında Meksika Prezidentinə Kubaya neft göndərməməyi tapşırdığını bildirib. Lakin Meksika Havanaya xam neft və emal olunmuş məhsulların əsas tədarükçüsünə çevrilib.
Aysel Mətləb
tag: Meksika ,Şeynbaum,Kuba,ABŞ ,Todaypress.tv,
