Mask "xAI" şirkətini yenidən qurdu

Mask "xAI" şirkətini yenidən qurdu
12.02.2026 17:46 Dünya

Amerikalı sahibkar İlon Mask süni intellekt (Sİ) şirkəti "xAI"nin yenidən təşkil olunduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu, şirkətin bir neçə həmtəsisçisinin ayrılmasından sonra baş verib.

Fevralın əvvəlində Mask "xAI"nin "SpaceX" korporasiyası tərəfindən satın alındığını açıqlamışdı. Şirkətin son iclası, iki həmtəsisçi - Cimmi Ba və Toni Vunun ayrılmasından sonra baş tutub. Onlar son iki ildə "xAI"dən çıxan ilkin 12 üzvdən beşinci və altıncı həmtəsisçilərdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər