Makron Cənubi Koreyada səfərdədir
Dünya
02.04.2026 16:29
Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
“Makronun iki günlük səfər proqramına Prezident Li Ce Myonqla zirvə görüşü, Koreya müharibəsində vuruşmuş fransız əsgərlərinin xatirəsini yad etmək üçün müharibə abidəsinə ziyarət, həmçinin iqtisadi forumda iştirak və K-pop ulduzları ilə Cənubi Koreyalı rejissorlarla şam yeməyi daxildir”,- agentlik bildirib.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Yaponiyaya səfər etmişdi.
Tokioda o, Baş nazir Sanae Takaiçi ilə danışıqlar aparmış və imperator cütlüyü ilə görüşmüşdü. Səfərin sonunda əsas mineral ehtiyatlar və müdafiə əməkdaşlığı üzrə yol xəritəsi imzalanmışdır.
Jalə Rövşən
tag: Fransa, Emmanuel Makron,Cənubi Koreya,Li Ce Myonqla,Todaypress.tv,
