Lukaşenko Trampı dəstəkləyir
Dünya
19.03.2026 14:53
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Kol ilə görüşdə özünü amerikalı həmkarı Donald Trampın tərəfdarı hesab etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "BeLta" nəşri məlumat yayıb.
“Bəli, çox istərdim ki, mənim fikrimi Donald Trampa çatdırasınız. Düşünürəm ki, ABŞ-nin bəzi səhvlərinə baxmayaraq, mən sizin prezidentinizin tərəfdarı olaraq qalıram”, – deyə Lukaşenko qeyd edib.
Qeyd edilib ki, Aleksandr Lukaşenko Con Kolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə müntəzəm danışıqlar aparır. Belarus prezidentinin sözlərinə görə, gündəliyə ABŞ və Belarus arasında ikitərəfli münasibətlər, o cümlədən Minskdə Amerika səfirliyinin yenidən açılması, siyasi məhbusların azad edilməsi, həmçinin iqtisadi məsələlər və sanksiyalar daxildir.
Jalə Rövşən
tag: Aleksandr Lukaşenko , Donald Tramp,Belarus, Con Kol,Todaypress.tv,
