Kreml Putini “faktiki həbs” etdi - Giriş, çıxış bağlandı

Kreml Putini “faktiki həbs” etdi  - Giriş, çıxış bağlandı
05.05.2026 11:39 Dünya

Kreml Rusiya Prezidenti Vladimir Putin üçün şəxsi təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib.

TodayPress TV xəbər verir ki,  "CNN"in yaydığı Avropa kəşfiyyat hesabatına görə, bu addımlar yüksək rütbəli hərbçilərə qarşı sui-qəsd dalğası və mümkün çevriliş riski ilə bağlı narahatlıqlardan irəli gəlir.

Qeyd edilib ki, Putinin hərəkət azadlığı ciddi məhdudlaşdırılıb: bu il heç bir hərbi obyektə baş çəkməyib, bəzi yerlərə getməyi dayandırıb və tez-tez əvvəlcədən qeydə alınmış görüntülərdən istifadə olunur.

Həmçinin onun yaxın ətrafına (aşıbaz, cangüdən və s.) ciddi məhdudiyyətlər qoyulub, evlərdə müşahidə kameraları quraşdırılıb, xüsusi telefonlardan istifadə məcburi edilib.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər