KİV: Tramp Xarq adasından imtina etdi

KİV: Tramp Xarq adasından imtina etdi
19.04.2026 12:42 Dünya

ABŞ Prezidenti Donald Tramp Amerika qoşunları arasında ciddi itkilərdən qorxaraq İranın Xarq adasını ələ keçirmək ideyasını dəstəkləməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika liderinə adaya desant əməliyyatının uğurlu ola biləcəyi barədə məlumat verilib.

Lakin Tramp belə bir ssenarinin baş verəcəyi təqdirdə ABŞ ordusunun həssas olacağına və onun fikrincə, qəbuledilməz dərəcədə böyük itkilərə məruz qala biləcəyinə inanıb.

Xarq adası strateji əhəmiyyətə malikdir, çünki orada İranın əsas neft terminalları yerləşir. Daha əvvəl Tramp dəfələrlə Tehrana qarşı sərt bəyanatlar verib, o cümlədən adanı ələ keçirməklə hədələyirdi.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər