KİV: BMT Ukrayna danışıqlarında iştirak etməyəcək
"BMT Ukrayna ilə bağlı Cenevrədə keçiriləcək danışıqlarda iştirak etməyəcək".
TodayPress TV xəbər verir ki, bu barədə “RIA” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüş BMT-nin qərargahından kənarda keçiriləcəyi üçün qurum prosesə qoşulmayacaq.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçüncü raund danışıqları 17–18 fevral tarixlərində Cenevrədə baş tutacaq. Görüşdə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Aysel Mətləb