Kipr Qəzzaya yeni humanitar yardım göndərdi
Kipr hökuməti beynəlxalq yardım səyləri çərçivəsində Qəzza zolağına növbəti humanitar yardım partiyasını göndərib.
TodayPress TV xəbər verir ki, Kipr hökumətinin məlumatına görə, Limassol limanından yola salınan gəmidə ümumilikdə 44 konteyner yerləşdirilib.
Yardım yükü təxminən 950 ton həcmindədir.
Yardım Kipr, Fransa, Slovakiya, Küveyt və BƏƏ-nin birgə təşəbbüsü çərçivəsində göndərilib.
Qiymət Mahir