Kamboca Tailand vətəndaşlarının sərhəddən keçməsinə icazə vermir
Dünya
15.12.2025 11:18
Kamboca hakimiyyəti Poipet sərhəd keçid məntəqəsində 6000-dən çox Tailand vətəndaşının ölkəyə qayıtmasına mane olur.
TodayPress TV xəbər verir ki, bu barədə "Thai PBS" məlumat yayıb.
Bu addım iki ölkə arasında davam edən silahlı sərhəd gərginliyi fonunda atılıb.
Bildirilib ki, 12 dekabrdan etibarən Kambocadan çıxaraq Tailandın Sa Kaeo əyalətində yerləşən Aranyaprathet şəhərinə keçmək istəyən 6000-7000 Tailand vətəndaşı Poipet keçid məntəqəsində saxlanılıb. Kamboca 12-13 dekabr bütün sərhəd keçidlərini bağlayıb və tailandlıların geri qayıtması üçün onları müvəqqəti açmaqdan imtina edib.
Kambocanın keçmiş Baş naziri və Senatın spikeri Hun Sen sosial şəbəkələrdə bildirib ki, quru və dəniz sərhədləri təhlükəsizlik səbəbindən bağlanıb. Onun sözlərinə görə, Tailand vətəndaşları Pnompen və Siem Reap hava limanlarından reyslərlə ölkələrinə qayıda bilərlər.
Türkan İsgəndərli
tag: Kamboca,Tailand,Sərhəd ,Ordu,todaypress.tv,
