"Jeep" uçurumdan düşdü - 17 nəfər öldü
Nepalda içərisində hindu zəvvarların olduğu "Jeep"in uçuruma düşməsi nəticəsində 17 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.
Qeyd olunur ki, avtomobil yoldan çıxıb və təxminən 800 metr hündürlükdən aşağı düşüb.
Rolpa dairə polis idarəsindən (Lumbini-Pradeş əyaləti) bildirilib ki, zəvvarlar dini ayinləri icra etmək üçün Calcalaya gedirdilər.