İtaliya Sülh Şurasında iştirak edəcək
İtaliyanın Baş naziri Ciorcia Meloni ölkəsinin Qəzza sektorundakı münaqişənin nizamlanması üzrə Sülh Şurasında müşahidəçi statusu ilə təmsil olunacağını bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir İtaliya-Afrika sammiti çərçivəsində səfər etdiyi Efiopiyanın paytaxtı Əddis-Əbəbədə jurnalistlərə açıqlamasında məlumat verib.
C. Meloni qeyd edib ki, müşahidəçi statusu ölkənin konstitusiya normaları ilə bağlı yaranan hüquqi çətinlikləri aradan qaldırmaq üçün ən uyğun formatdır
Baş nazir nümayəndəliyin səviyyəsi ilə bağlı qəti qərarın hələ qəbul edilmədiyini də qeyd edib.