İtaliya atom enerjisini bərpa etməyi müzakirə edir

Dünya

16.03.2026 06:26

İtaliya hökuməti ölkədə atom enerjisi istehsalının yenidən bərpası imkanını müzakirə edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazir Ciorcia Meloni nüvə energetikasını İtaliya iqtisadiyyatındakı tənəzzülə qarşı mümkün həll yolu kimi irəli sürür.

Agentliyin yazdığına görə, İtaliya son nüvə reaktorunu təxminən 40 il əvvəl dayandırıb. İndi isə Meloninin komandası atom enerjisinin yenidən tətbiqi ilə bağlı ekspertlərlə məsləhətləşmələr aparır və müxtəlif variantları müzakirə edir.

Mənbələrin sözlərinə görə, italiyalı rəsmilər nüvə texnologiyalarını öyrənmək üçün Kanadaya səfər edib, həmçinin Fransa ilə atom sənayesi sahəsində danışıqlar aparıblar.

Bundan başqa, Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq imkanları da nəzərdən keçirilir.

Qiymət Mahir

tag: İtaliya ,Atom,Meloni,ABŞ,TodayPress TV,