İraqda hücumlarla bağlı paylaşıma qadağa qoyuldu

Dünya

18.03.2026 12:39

İraq Daxili İşlər Nazirliyi hücumların baş verdiyi ərazilərdən foto və videoların yayılmasını qadağan edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, məxfi materialların paylaşılması təhlükəli nəticələrə səbəb ola bilər.

Rəsmi açıqlamada qeyd olunub ki, belə görüntülər vacib obyektlərin yerini üzə çıxara və düşmən tərəflər tərəfindən istifadə edilə bilər. Vətəndaşlara hədəf ərazilərə yaxınlaşmamaq tövsiyə olunub.

Nazirlik həmçinin mediaya müraciət edərək dəqiq ünvan və əməliyyat detalları göstərilmədən məlumat yaymağa çağırıb.

Qanun pozanlara qarşı Kibercinayətkarlıqla Mübarizə Departamenti və məhkəmə orqanları vasitəsilə tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları fonunda İraq ərazisində gərginlik artıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: İraq,Hücum,Görüntü,Qadağa,Todaypress.tv,