İrandan ŞOK ultimatum: "Hizbullah" ruhumuzdur, HÜCUMU DAYANDIRIN!"
Dünya
03.05.2026 16:06
İran Livana qarşı hücumlar dayandırılmadan heç bir danışığa razı olmayacağını bildirib.
TodayPress TV ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlament sədrinin müavini Əli Nikzad deyib.
O bildirib ki, İran və Livan vahid cəbhə kimi çıxış edir.
“İran cəbhəsi ilə Livanın cənubundakı cəbhə birdir və onların ayrılmasını qəbul etmirik”, — deyə Nikzad vurğulayıb.
Onun sözlərinə görə, İran üçün istənilən danışıqların əsas şərti Livana qarşı hücumların tam və zəmanətli şəkildə dayandırılmasıdır
“Hizbullah" İranın ruhudur, İran isə "Hizbullah"ın ruhudur”.
Nikzad əlavə edib ki, Hörmüz boğazının bağlanması Livan xalqı üçün sülh və sabitlik yaratmaq məqsədi daşıyıb.
O qeyd edib ki, bu boğaz üzərində nəzarət İranın hüququdur və bu məsələ “qırmızı xətt” hesab olunur.
Bundan başqa, o, ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi addım atmaqla səhv etdiyini bildirib.
“Hazırda o, ardıcıl uğursuzluqlarla üzləşir və neftin qiymətinin 120 dollar olduğu günlərə görə peşman olacaqlar”, — deyə Nikzad əlavə edib.
Qiymət Mahir
tag: ABŞ ,İran,Nikzad ,Livan ,TodayPress TV,
