İrandan ABŞ-yə sərt mesaj: "Davranışınızı dəyişin, yoxsa..."

Dünya

03.05.2026 14:05

İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm İranla ABŞ arasında danışıqların başlanmasının Vaşinqtonun davranışındakı dəyişiklikdən asılı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

“Tehran öz mövqeyində və tələblərində şəffaf şəkildə hərəkət edir və əgər Amerika səmimi şəkildə məsələləri həll etmək və danışıqlara başlamaq istəyirsə, davranışını dəyişdirməlidir”, – deyə səfir vurğulayıb.

Diplomat bildirib ki, İranın ABŞ və İsrailin “təcavüzkar və məcburi müharibəsinə” son qoymağı hədəfləyən yeni planı son günlərdə prosesin əsas vasitəçisi kimi Pakistana çatdırılıb və Pakistan tərəfi sənədi Amerika nümayəndələrinə də təqdim edib.

“Biz pakistanlı qardaşlarımızın bu səylərini yüksək qiymətləndiririk”, – deyə o əlavə edib.

Səfir bildirib ki, Pakistan hələ də vasitəçilik rolunu qoruyur və İran vasitəçini dəyişdirmək barədə heç bir qərar verməyib. 

tag: Pakistan ,ABŞ ,İsrail, Rza Əmiri ,TodayPress TV,