İran İordaniyaya hücum edir - VİDEO

İran İordaniyaya hücum edir - VİDEO
11.06.2026 08:19 Dünya

İran tərəfindən buraxıldığı iddia edilən 4 ballistik raketdən 3-nün İordaniyanın hava müdafiə sistemini keçib.

TodayPress TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yayılan görüntülərdə gecə səmasında raket izləri və bir neçə partlayış görüntüsü əks olunur. Paylaşımlarda videonun İranın son hücumlarından birinə aid olduğu və raketlərin hədəfə yaxınlaşdığı iddia edilir.

Lakin İordaniya Silahlı Qüvvələri sözügedən hadisə ilə bağlı açıqlama yaymayıb. Ölkənin əvvəlki açıqlamalarında raket və pilotsuz uçuş aparatlarının əksəriyyətinin zərərsizləşdirildiyi bildirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər