İran amerikalı pilot üçün mükafat elan etdi

İran amerikalı pilot üçün mükafat elan etdi
03.04.2026 17:26 Dünya

Amerikalı pilotun sağ ələ keçirilməsinə görə mükafat vəd olunur.

TodayPress TV  xəbər verir ki,  İranın Kohgiluyə və Boyer-Əhməd əyalətinin dövlət televiziyası vurulan Amerika F-35 qırıcı təyyarəsinin pilotunu diri-diri ələ keçirən hər kəsə mükafat veriləcəyini açıqlayıb.

Bundan əvvəl "NourNews" agentliyi pilotun artıq İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölməsi – İİKK) tərəfindən saxlanıldığını iddia etmişdi.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsi aprelin 3-ü səhər saatlarında İslam Respublikasının mərkəzi bölgələri üzərində vurulub.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər