İlon Mask 21 insanın beyninə çip yerləşdirdi
Amerikalı milyarder İlon Mask “Neuralink” şirkətinin indiyə qədər 21 insanın beyninə çip yerləşdirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, şirkət təxminən iki ildir davam edən sınaqlarda həyəcanverici nəticələrin əldə edildiyini bildirib.
Bildirilib ki, “Neuralink”in "Telepatiya" adlı çipi iflic xəstələrə kompüter və telefon kimi cihazlardan yalnız düşüncə gücü ilə istifadə etməyə imkan verir.
Qeyd edək ki, İlon Mask 2024-cü ilin yanvar ayında ilk insan subyektinə beyin çipi implantasiyasının edildiyini açıq şəkildə elan edib.
Aysel Mətləb