Fransa sosial şəbəkələri məhdudlaşdıracaq

Fransa sosial şəbəkələri məhdudlaşdıracaq
31.12.2025 23:15 Dünya

Fransa gələn il sentyabrın 1-dən etibarən 15 yaşından kiçik yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan etmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Franceinfo” portalı məlumat yayıb.

Məlumata əsasən, qanun layihəsinin parlamentdə müzakirəsi yanvarın əvvəlində keçiriləcək. Sənəddə iki əsas təklif yer alıb. Təkliflərdən biri 15 yaşına çatmayanlar üçün sosial şəbəkələrə girişin qadağan olunmasını, digəri isə orta məktəblərdə mobil telefonlardan istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər