Finlandiyada 160 mindən çox ev elektriksiz qaldı

Finlandiyada 160 mindən çox ev elektriksiz qaldı
28.12.2025 19:15 Dünya

Finlandiyada "Hannes" adı verilən güclü qış fırtınası nəticəsində 160 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb.

TodayPress TV bu barədə "Sweden Herald" qəzetinə xəbər verir.

Küləyin sürəti qərb sahillərində saniyədə 25 metrə çatır.

Xilasetmə xidmətlərinin məlumatına görə, təxminən 150 nəfərin olduğu sərnişin təyyarəsi, eləcə də ondan kiçik və 10-dan az sərnişin daşıyan başqa təyyarə güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar yığınına çırpılıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər